İsrail Qəzzada hərbi əməliyyatları bərpa edib

“Həmas” 24 saatlıq atəşkəs təklifini qəbul edib. İsrail tərəfi isə, atəşkəsin elan olunmasına baxmayraq “Həmas”ın şəhərlərə raket atdığını iddia edir. İsrail Ordusu buna görə, Qəzzada hərbi reydləri bərpa edib. Ölkənin Müdafiə Nazirliyinin verdiyi açıqlamada isə deyilir ki,  "Həmas"ın humanitar yardımlar üçün nəzərdə tutulan bölgədə fasiləsiz raket hücumları İsraili hava, quru və dənizdən hərbi əməliyyatlarını bərpa etməyə vadar edib. Eyni zamanda fələstinlilərin hücumları nəticəsində 3 nəfərin həlak olduğunu bildirilib.

Qeyd edək ki, İsrailin 7 iyuldan bu yana  Qəzzaya hücumu zamanı çoxu uşaq və qadın olmaqla 1000-dən çox fələstinli ölüb, 6 mini isə yaralanıb.

Müəllif | Apa.Tv