Qoşunların təmas xəttində ermənilərin törətdiyi yanğın söndürülüb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya bildirilib ki, yanğının Azərbaycanın nəzarətində olan əraziyə keçməsinin qarşısı alınıb və yanğın gecə saatlarında söndürülüb. Yanğın neytral ərazidə baş verdiyi üçün nə qədər ərazini əhatə etdiyini müəyyənləşdirmək mümkün olmayıb. Qeyd edək ki, yanğın iyulun 27-də saat 13 radələrində işğal altındakı Ağdərə rayonunun İncə çay ərazisindəki neytral zonada naməlum səbəbdən meydana gəlib. Yanğının yaxınlıqdakı Goranboyun Yeni Hacıkənd Meşəbəyiliyinin 9 saylı dolayına keçməsinin qarşısının alınması məqsədilə ETSN-nin yerli qurumlarının əməkdaşları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
 

Müəllif | Apa.Tv
Apa.tv