Ay göründü, Ramazan ayı başa çatdı

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası yeni ayın təzələndiyini açıqlayıb. Rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında bildirib ki, yeni ay öncədən bildirildiyi kimi iyulun 26-dan 27-nə keçən gecə saat 03:43-də təzələnib.

Onun sözlərinə görə, ay təzələnərkən Günəş xəttində olduğu üçün onu görmək mümkün deyil: “Ay yerini 2-3 gün ərzində dəyişir. Bu o deməkdir ki, yerini dəyişdikdən sonra iyulun 27-ə təzələnən ayı iyulun 29-da görmək mümkün olacaq”. Xıdır Mikayılov qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanası yalnız yeni ayın təzələndiyi vaxtı açıqlayır. Ramazan bayramının vaxtı isə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən açıqlanır və bu barədə ictimaiyyətə məlumat verilir.

Qeyd edək ki, bu il ölkədə Ramazan bayramının iki gün – 28 və 29 iyul tarixlərində keçirilməsinə qərar verilib.
 

Müəllif | Apa.Tv
Apa.tv