Haaqa məhkəməsi Rusiyanı 50 milyard dollar təzminata məhkum etdi

Haaqa arbitraj məhkəməsi YUKOS-un keçmiş səhmdarlarının Rusiyaya qarşı iddialarını təmin edib. Məhkəmə səhmdarlara 50 milyard dollar təzminatın ödənilməsi barədə qərar çıxarıb.

Haaqa münsiflər məhkəməsinin qərarına əsasən Rusiya Energetika Xartiyasını pozub və neft şirkətini müsadirə edib. YUKOS-un keçmiş səhmdarları 114 milyard dollar miqdarında təzminat tələb ediblər, lakin məhkəmə bu iddianı 50 milyard dollar dəyərində təmin edib.
 

Qeyd edək ki, 2003-cü ildə dövlət YUKOS-a qarşı vergiləri ödəməmə iddiası irəli sürüb və şirkətin prezidenti Mixail Xodorkovski həbs olunub. O, 2013-cü ilin dekabrında azadlığa çıxıb. 2004-cü ildə YUKOS-un əsas aktivləri auksion vasitəsi ilə 9,3 milyard dollara "Yuqansknefteqaz"a satılıb.

Müəllif | Apa.Tv
Apa.tv