Bakıda havanın hərarəti düşəcək, güclü külək gözlənilir

İyulun 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 22-24, gündüz 31-33, Abşeronda gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.
 

Müəllif | Apa.Tv
Apa.tv