Bakıda sərxoş sürücü bayram axşamı zəncirvari qəza törətdi

Bakıda zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 26 yaşlı Vurğun Əliyev “Mercedes” markalı avtomobili Qurban Abbasov küçəsi ilə əks istiqamətdə idarə edib və Səbail rayon məhkəməsinin binası qarşısında yol kənarında dayanan başqa “Mercedes”ə çırpıb. Zərbənin gücündən “Mercedes” arxada dayanan və Arzu Nəsibova məxsus BMW markalı avtomobilə dəyib.

 

Vurulan “Mercedes”in sahibi Vüqar Babayev yüngül xəsarət alıb.

 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, hadisəyə Vurğun Əliyevin avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv