Lənkəranda 13 yaşlı yeniyetmə dənizdə boğuldu

Lənkəranda bədbəxt hadisə baş verib.  APA TV-nin məlumatına görə,  Lənkəran şəhər sakini, 13 yaşlı Rizvan Sevdim oğlu Məcidov Xəzər dənizinin nəzarət olunmayan ərazisində çimərkən boğulub. Hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin  Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Onların səyi nəticəsində Rizvan Məcidovun meyiti batdığı yerdən 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv