Polis əməkdaşı ailəsi ilə ağır qəzaya uğradı: 1 ölü, 3 yaralı - YENİLƏNİB

Şəkidə ağır yol qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şəki-Zaqatala yolunun 31-ci kilometrliyində, Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb.

 

Bakı şəhər sakini Samir Əmrahovun idarə etdiyi “Nissan” markalı avtomobil idərəetmənin itirilməsi nəticəsində yoldan çıxıb və aşıb. Nəticədə sürücünün qızı, 14 yaşlı Suada Əmrahova aldığı xəsarətdən hadisə yerində keçinib. Sürücü və avtomobildə olan digər şəxslər - sürücünün həyat yoldaşı Asudə Əmrahova, digər qızı Zümrüd Əmrahova isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

 

Qəzaya düşən avtomobilin sürücüsü S. Əmrahov Goranboy Rayon Polis Şöbəsinin əməkdaşıdır.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv