Gənc qadın əməliyyat zamanı öldü - DAHA BİR DOĞUŞ FACİƏSİ
Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib. Hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün əməliyyata qaldırılıb. Əməliyyat nəticəsində uşaq ana bətnindən götürülüb. Lakin Nuranə Əliyeva narkozdan ayılmayıb.
3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsindən APA-ya faktı təsdiqləyiblər.
Lakin ölümün səbəbləri barədə əlavə açıqlama verilməyib.