Gəncədə yanğında yaralanan ana və azyaşlı qızı ölüb

İki gün əvvəl Gəncə şəhərində baş verən yanğında yaralanan ana və övladı dünyasını dəyişib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA TV-yə verilən məlumata görə, iyulun 27-də yanıq xəsarətləri ilə xəstəxanaya daxil olan Gəncə şəhər sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun qızı, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı bu gün dünyasını dəyişib. Digər yaralı, 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlunun vəziyyəti isə ağır olaraq qalır.

 

Qeyd edək ki, hadisə iyulun 27-də Gəncə şəhəri, Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib. Yanğın zamanı bir ailənin üç üzvü xəsarət alıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli