Azərbaycan Ordusunun hərbçisi yaralanıb

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.

APA TV-nin məlumatına görə, hadisə cəbhənin Qazax rayonu istiqamətində qeydə alınıb.

 

Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) Tural Natiq oğlu Mustafayev düşmən gülləsinə tuş gəlib.

Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müəllif | Apa.Tv