Rusiyada saxlanılan ukraynalı jurnalist azadlığa buraxılıb
İki həftəyə yaxın Rusiyada miqrasiya təcridxanasında saxlanılan ukraynalı jurnalist azadlığa buraxılıb. "Speskor" verilişinin müxbiri Yevgeniy Aqarkov qeyri-qanuni jurnalistik fəaliyyətində təqsirləndirilərək Voronej yaxınlığındakı təcridxanada saxlanılıb. Onun yerli mediaya verdiyi açıqlamaya görə, sərhədi keçərkən Federal Təhlükəsizlik Bürosunun əməkdaşları 2 saata yaxın onu buraxmaq istəməyib, konsulluq əməkdaşlarının səyi nəticəsində sərhədi keçə biliblər. Bundan başqa, onun 3 ildən 5 ilə kimi Rusiya ərazisinə keçməsi qadağan olunub.