Rejissor Kənan M.M. həbs olundu
Rejissor Kənan Mahmudov (Kənan M. M.) həbs edilib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Kənan Mahmudov Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən təqsirləndirilən şəxs qismində saxlanılıb.
Hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır. Bu gün onun məhkəməyə aparılacağı bildirilir.
Kənan M.M.-in həyat yoldaşı, müğənni Aygün Şükürova APA-ya hazırda rayonda olduğunu, baş verən hadisədən xəbərsiz olduğunu deyib.
Qeyd edək ki, K. Mahmudovun saxlanması barədə ilk olaraq “Qafqazinfo” məlumat yayıb.