İŞİD 100-dən artıq əsir əsgəri belə qətlə yetirdi - VİDEO
İŞİD İraqda daha bir kütləvi qətl törədib. Terrorçu qruplaşmalara bağlı internet saytlarında yerləşdirilən videoda 100-dən çox əsgərin yük maşınlarına doldurularaq boş bir əraziyə aparılması və orada avtomat silahlardan açılan atəşlə qətlə yetirilməsinə dair kadrlar yer alıb. Öldürülən əsgərlərin hərbi geyimin üzərində mülki paltar geydiyi nəzərə çarpır. Əli qandallı əsgərlər İŞİD terrorçularına yalvarsa da, onlara aman verilmir və hamısı üzü üstə uzadılaraq boyun nahiyələrinə açıqlan atəşlə öldürülür. Öldürülən əsgərlərin meyitləri daha sonra suya atılır. Yayımlanan videogörüntülər “Maliki əsgərlərinin qətliyamı” adı ilə yerləşdirilib.