Xirosimaya bomba atan sonuncu pilot öldü

Xirosimaya bomba atan Amerika helikopterinin 12 nəfərlik ekipaj üzvlərindən sonuncusu da ölüb. Van Kirk 93 yaşında Corciniya ştatında vəfat edib.

"Hollandiyalı" ləqəbi ilə tanınan pilot 24 yaşında "Enola Gay" adlı bombardmançı təyyarənin şturmanı olub. 1945-ci il avqustun 6-da helikopterin Xirosimaya atdığı bomba nəticəsində 78 min nəfər ölüb, daha sonra ölənlərin sayı 140 minə çatıb. 3 gündən sonra Naqasakiya atılan bomba nəticəsində isə 80 min nəfər həyatını itirib.

Van Kirk müsahibələrində o bombanı atmağına təəssüflənmədiyini, bununla müharibənin bitməsinə kömək etdiyini deyib.
 

Müəllif | Apa.Tv
Apa.tv