Çində polis uyğurlara atəş açdı, 100-dən çox ölü var

Çində müsəlman uyğurların Ramazan bayramını qeyd etmək cəhdi qarşıdurmalara səbəb olub. APA-nın Ümumdünya Uyğur Konqresinə istinadən yaydığı məlumata görə, ölkənin qərbində - Sintzyan-Uyğur Muxtar Vilayətində polisin uyğurlara atəş açması nəticəsində 100-dən çox insan ölüb və yaralanıb. Çin rəsmi dairələri hadisəni “terror hücumu” kimi qələmə verərək bıçaq və balta ilə silahlanmış bir qrup şəxsin polisə və hökumət binalarına hücum etdiyini bildirib. Uyğur mənbələri isə bu iddianı təkzib ediblər. İnsidentdən sonra 67 uyğur həbs edilib. Bir sıra mənbələr hadisənin yerli hökumətin uyğurların öz dini ayinlərini yerinə yetirməsinə qarşı çıxmasından qaynaqlandığını qeyd edir. Xatırladaq ki, Sintzyan-Uyğur Muxtar Vilayətinin əhalisinin təxminən yarısı müsəlman türk uyğurlardır.

Müəllif | Apa.Tv
Apa.tv