Israildə fələstinli uşaqların qətli bayram edildi - VİDEO
İsrailin paytaxtı Təl-Əvivdə Qəzza sektorunda uşaqların öldürülməsini sevinclə qeyd edirlər. Meydanlara çıxan bir qrup yəhudi "Sabah məktəb olmayacaq, çünki Qəzzada uşaq qalmayacaq" deyərək bağırıb, İsraildəki ərəbləri də öldürəcəklərini bildirib.
Qələbəlik "Növbəti uşaq səninki olacaq"! şüarını isə İsrail parlamentindəki ərəb millət vəkilləri Ahmet Tibi və Hanin Zubiyə ünvanlayıb. Qrup bundan sonra "ərəblərə nifrət edirəm" və "Qəzza məzarlıqdır" deyə bağırıb.
Qeyd edək ki, İsrail hücumlarının davam etdiyi son 24 gündə 252 fələstinli uşaq öldürülüb, 980 uşaq isə yaralanıb. Qəzzada törədilən partlayışların hədəfi məktəb, plyaj, xəstəxanalar və digər mülki binalar olub.