Leyla Yunusa rəsmi ittiham irəli sürüldü – DÖVLƏTƏ XƏYANƏT

Artıq Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittiham elan olunub.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.

İstintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.

Leyla Yunus isə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb.
 

Müəllif | Apa.Tv
Apa.tv