İçərisində bir ailənin olduğu maşın dərəyə yuvarlandı: 3 yaralı
Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 6-cı km-də, rayonun Yergüc kəndi ərazisində qeydə alınıb.
Quba rayonunun Barlı kənd sakini Fariz Şahkərimov “Volkswagen Passat” markalı avtomaşın idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü və maşında olan iki nəfər - 53 yaşlı Məlahət Şahkərimova və bir yaşlı Güllü Şahkərimova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.