Gəndob-Yalama yolunda iki maşın toqquşub, xəsarət alan var
Dünən axşam saatlarında Gəndob-Yalam yolunda yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Şabran rayonunun Ağalıq kəndi ərasində qeydə alınıb. Şabran rayon sakini 26 yaşlı Mətləb Əhmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşınla Ağdaş rayon sakini 40 yaşlı Şirinov Zaur Əbdülrəhim oğlunun idarə etdiyi “Qazel” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 2106”-nın sürücü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu və ilkin tibbi müayinədən sonra ambulator müalicə üçün evə buraxıldığı bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.