Sərhəddə 1.3 ton narkotik məhv edildi

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları sərhədboyu zonalarda narkotik tərkibli bitkilərin məhv edilməsi istiqamətində tədbirlər keçiriblər. Bu barədə APA TV-yə DSX-dən məlumat verilib. Sərhədboyu zonalarda keçirilən rejim tədbirləri çərçivəsində Şəki rayonu Öryət kəndi ərazisində hündürlüyü 1,20-1,70 metr olan 2120 ədəd, ümumi çəkisi 1350 kq yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkarlanaraq, müvafiq qaydada məhv edilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı