MTN və Baş Prokurorluqdan Leyla Yunusun həbsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayıb. APA TV-nin xəbəruinə görə, məlumatda bildirilir ki, ibtidai istintaqı aparılan cinayət işi üzrə Mirqədirov Rauf Həbibula oğlunun 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanınlana casusuluq etməsinə əsaslı şübhələr olduğundan o, bu il aprelin 19-da tutulub, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Müəyyən edilib ki, Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcədə Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatından isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində Rauf Mirqədirovun dəfələrlə Gürcüstandan Ermənistana səfərlərini təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da olub. Onlar Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşüblər.
 

Leyla və Arif Yunusovlar hələlik adları açıqlanmayan digər Azərbaycan vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün onlarla Ermənistan xüsusi xidmət orqanının nümayəndələri arasında əlaqə yaradıblar. Rauf Mirqədirov hərbi hissələrin, aerodrom və s. strateji obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemi fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürüb.
 

Bundan başqa, Leyla Yunusova saxtakarlıq yolu ilə bir neçə milyon manat əldə etməkdə, 370 min manat məbləğində vergi ödəməkdən yayınmaqda təqsirləndirilir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı