Küləkli hava davam edəcək

Avqustun 1-də Bakı və Abşeron yarımadasında gün ərzində hava şəraitinin yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək.

 

Sabah Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

 

Tibbi meteoroloji proqnoza gəlincə, həftənin sonunadək Abşeron yarımadasında isti diskomfort hava şəraiti davam edəcək.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı