Leysan 30 nəfərin həyatına son qoydu
Hindistanda yağan güclü yağışlar torpaq sürüşməsi ilə nəticələnib.
APA TV-nin məlumatına görə, ölkənin Maharastra əyalətində baş verən təbii fəlakət insan təlafatı ilə nəticələnib.
Yerli rəsmilərin verdiyi məlumatda qeyd olunur ki, torpaq sürüşməsi nəticəsində 30 nəfər ölüb.
Bundan başqa, 150 nəfər də torpaq dağıntıları altında qalıb. Onların sağ qalmasına ümid azdır.