Keçiddən istifadə etməyən piyada həyatından oldu
Aereport yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, yolu keçmək istəyən təxminən 25-27 yaşlarındakı gənc oğlan sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Qəza nəticəsində piyada hadisə yerindəcə keçinib. Əraziyə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Meyit şəxsiyətinin müəyən edilməsi üçün morqa aparılıb. Piyadanı vuran “Mercedes”in sürücüsü polis tərəfinən saxlanılaraq ifadəsinin alınması üçün idarəyə aparılıb.
Qeyd edək ki, qəza piyada keçidinin düz yanında baş verib. Həyatından olan gənc piyada keçidindən istifadə etmək əvəzinə cəld yolu keçmək istəyib və bu zaman sürətlə gələn maşın tərəfindən vurulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.