İsrail Qəzzada daha bir məktəbi bombaladı

İsrail ordusu Beit Lahiya bölgəsində Birləşmiş Millətlər Təşkilaətına(BMT) aid daha bir məktəbi vurub. Daha çox qadın, yaşlı və uşaqların olduğu məktəbdə ölən olmasa da, 30 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya qaldırılıb. İsrailin mülkü vətəndaşları hədəfə alması yenidən sərt reaksiyalara səbəb olub.

Xatırladaq ki, iki gün əvvəl də İsrail ordusu BMT məktəbinə hücum etmişdi. Həmin hücumdan 20 nəfər ölmüşdü. İsrail tərəfi bu əməliyyatı səhvən etdikləri ilə bağlı açıqlama yaymışdı.

Qeyd edək ki, Qəzzada 8 iyuldan bu yana ölən fələstinlilərin sayı 1372-ə, israil əsgərlərinin sayı isə 56-a çatıb.

Müəllif | Apa.Tv