8 şəhid, 5 yaralı - SİYAHI - YENİLƏNİB

Ötən gün düşmənin həmləsini dəf edərkən şəhid olmuş Azərbaycan Ordusunun hərbçilərinin kimlikləri açıqlanıb. APA-nın əldə etdiyi məlumata görə, şəhid olmuş hərbçilərimiz aşağıdakılardır:

 

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

- Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış Abdinov Hüseyn Etibar oğlu

 

 

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, yaralı halda hospitala yerləşdirilən Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.

 

Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərovun da düşmənlə atışmada şəhid olduğu xəbəri gəlsə də, aparılan dəqiqləşdirmələr nəticəsində onun ağır yaralandığı məlum olub. Hospitala yerləşdirilən E. Əsgərovun vəziyyətinin çox ağır olduğu xəbər verilir.

 

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv