Moskvada "qanuni oğru"ların toplandığı yerə basqın edildi

Rusiyanın paytaxtı Moskvada yığışan 70-ə yaxın “qanuni oğru” saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı xəbərə əsasən , əməliyyat keçirilən zaman "qanuni oğru"lar paytaxtın mərkəzində restoranların birində olublar. Polisin müdaxiləsi ilə onların yığıncağının qarşısı alınıb. Məlumata əsasən yğıncaq zamanı kriminal liderlər hakimiyyətlərinin əhatə dairəsinin hüdudlarını müəyyən etmək və cinayətlə əldə edilən pulları bölüşdürmək məsələlərini müzakirə etməli idilər. Tutulanların çoxu Qafqaz ölkələrinin vətəndaşlarıdır. "Qanuni oğruları"nın birinin üzərində silah aşkarlanıb. Lakin silahın üzərində daşınması ilə bağlı sənədi olduğu üçün ona qarşı cinayət işi başlanmayıb.

 

Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri məşhur qanuni oğru "Vaqon" ləqəbli kriminal avtoritet Vladimir Vaqini Rusiyaya təhvil verib. Vaqin Rövşən Lənkəranskiyə düşmən olan Aslan Usoyanın klanında əsas simalardan biridir. Onun təhvil verilməsi üçün Rusiya BƏƏ-yə hələ 2010-cu ildə sorğu göndərib. 4 il keçdikdən sonra Dubay polisinin yenidən həbs etdiyi Vaqon Rusiyaya ekstradisiya edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv