Şəhid Qaryağdı Əhmədov Ağdamda dəfn olundu- VİDEO

Ötən gün cəbhənin Ağdam rayonunun Çıraqlı kəndi istiqamətində düşmən snayperindən açılan atəş nəticəsində şəhid olan hərbçi Əhmədov Qaryağdı Eldar oğlu dəfn edilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Qaryağdı Əhmədov Quzanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.  

 

Dəfn mərasimində şəhidin  hərbiçi yoldaşları, kənd sakinləri iştirak ediblər.  Müddətdən artıq xidmət edən Qaryağdı Əhmədov 1992-ci ildə Ağdam rayonunun işğal olunmuş Saybalı kəndində anadan olub. O, ötən gecə  şəhid olan 9 hərbçidən biridir.

 

Müəllif | Apa.Tv