Daha iki şəhidimiz dəfn olundu - YENİLƏNİB

Ötən gecə Tərtər rayonunda düşmənin hücumunu dəf edərkən şəhid olan Vüqar Hidayət oğlu Poladovun cənazəsi ailəsinə verilib. APA TV-nın qərb bürosuna verilən məlumata görə, cəbhə bölgəsində şəhid olan Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov doğulduğu kənddə dəfn edilib. Mərasimdə əsgərin xidmət etdiyi hərbi hissəsinin komandir və zabit heyəti, Tovuz rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Şöbəsinin nümayəndələri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

 

Vüqar Poladov ötən ilin aprel ayında hərbi xidmətə çağrılıb.

 

*****

 

Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan giziri Almazov İsə Ziyad oğlu anadan olduğu Qazax rayonunda dəfn edilib. APA TV-nin xəbərinə görə, dəfn mərasimində rayon İcra Hakimiyyətin başçısı və aparatın nümayəndələri, hüquq-mühafizə orqanların işçiləri və ictimaiyyət nümayəndələri iştirak edib. Həmçinin şəhidin xidmət etdiyi hərbi hissinin təmsilçiləri dəfn mərasiminə qatılıblar.

 

Almazov İsa Ziyad oğlu 1977-ci ildə anadan olub. Məlumata görə, İsə Almazovun ikisi əkiz olmaqla 4 övladı var.

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli