Ağsuda üçəm dünyaya gəldi

Ağsu rayonunda üçəm dünyaya gəlib. APA TV-nin xəbərinə görə, Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində üç oğlan anadan olub. Rayon sakini Ülviyyə İbarahimova üçəmlərin gəlişinin hər kəsin sevincinə səbəb olduğunu deyib: "Körpələrdən birinin çəkisi 2,6 kq, ikincinin çəkisi 2,3 kq, sonuncunun çəkisi isə 2 kiloqram olub. Ailəmizin ilk övladlarıdır".

 

Ağsu RMX doğum şöbəsinin müdiri Xalidə  Məmmədova deyib ki, ailə bir övlad gözlədiyi vaxtda üçəm dünayaya gəlib. 10 dəqiqə ara ilə normal doğuş keçirən ananın və övladların vəziyəti hazırda yaxşıdır.

 

Körpələr bütün tibbi müayinədən keçib və onlar ev şəraitində həftədə bir dəfə həkim tərəfindən yoxlanılaraq nəzarətdə saxlanılacaq.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov