Əhməd Davudoğlu Azərbaycan xalqına başsağlığı verdi
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan ordusunun hücumunu dəf edərkən 8 Azərbaycan əsgərinin şəhid olması ilə əlaqədar Türk xalqı və dövləti adından başsağlığı verib.
APA TV-nin məlumatına görə, Türkiyə Xarici İşlər nazirliyində İraq Türkmən cəbhəsinin sədri Erşad Salihini qəbul edən Türkiyə xarici siyasət idarəsinin rəhbəri, qoşunların təmas xəttində 8 Azərbaycan əsgərinin şəhid olmasına bildirib.
Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə hər zaman Azərbaycanın ərazi bütövlünü dəstəkləyib, Azərbaycanın taleyini öz taleyi hesab edib.