Cəlilabadda VAZ-2106 yük maşınına çırpıldı, sürücü ağır yaralandı

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə avqustun 1-də günün ikinci yarısında Ələt-Astara magistralının 123-cü kilometrliyində qeydə alınıb. Saatlı rayon sakini Gəray Qasımovun idarə etdiyi “VAZ-2106”  markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Xaliq Nuriyevin  idarə etdiyi Cəlilabad qaz istismar sahəsinə məxsus “Ford”  markalı  yük maşınına çırpılıb.

 

Güclü zərbə nəticəsində “VAZ-2106” markalı avtomobil  yararsız hala düşüb, sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkmişə lazımi tibbi yardım göstərilib. Bununla belə onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv