Azərbaycan XİN ABŞ Dövlət Departamentinin cavabını verdi
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Leyla Yunusla bağlı bəyanatına cavab verib. XİN-in mətbuat xidmətindən APA-ya daxil olan cavab mətnində bildirilir ki, Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur:
Azərbaycanda siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Azərbaycan Respublikası Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi bu ilin 31 iyulunda Leyla Yunusun saxlanması səbəbləri ilə bağlı geniş açıqlama verib. Leyla Yunus digər ittihamlarla yanaşı, dövlətə xəyanətdə ittiham olunur.