Hacıqabulda qəza: vurulan piyadanın meyiti tanınmır

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb. Rayon polis şöbəsindən APA TV-yə verilən məlumata görə, gecə saatlarında Şirvan-Hacıqabul magistralının 1-ci kilometrliyində Şirvan sakini Samir Hacıyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yoldan keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hələlik piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onun meyiti Şirvan şəhərinin Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə təhvil verilib. Hacıqabul polisi meyitin fotolarını yayımlayıb. Onun təxminən 30-35 yaşlarında olduğu bildirilir. Sol qolunun yuxarı nahiyəsində kiril hərfləri ilə “Замир”, bilək nahiyəsində isə “Ата ана” yazılıb. Onu tanıyanlardan Hacıqabul polis şöbəsinə - 021 204 10 32 nömrəli telefona zəng etmələri xahiş olunur. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı