Bakıda amansızlıqla öldürülən qadının qatili tutulub

Bakıda törədilən qətlin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 31-də paytaxtın Gəncə prospektində yaşayan 1967-ci il təvəllüdlü Gülnarə Məmmədovanın zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə aşkar olunub. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Eyvaz İbrahimov tutulub.

Müəllif | Apa.Tv
Apa.tv