Cəbhədə yaralanan hərbçilər Bakıya belə gətirildi!

Bu gecə cəbhə xəttində ermənilərin basqını nəticəsində yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları helikopterlə Bakıya - Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə olunub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yaralı hərbçilər bu gün iki helikopterlə Bakıya gətiriliblər. “Onların müayinəsi və müalicəsi ilə hospitalın ixtisaslı həkimləri məşğul olacaqlar. Yaralıların vəziyyəti barədə ictimaiyyətə məlumat veriləcək», - deyə nazirlikdən bildirilib. Mətbuat xidmətindən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hazırda cəbhədəki vəziyyəti diqqətdə saxladığı və müvafiq tapşırıqlar verdiyi bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv