Müdafiə Nazirliyindən cəbhə bölgəsinə zirehli texnika toplanması xəbərinə şərh!
Azərbaycanın sahib olduğu texnikanı öz ərazisi çərçivəsində hərəkət etdirmək səlahiyyəti var. Müdafiə Nazirliyi cəbhə bölgəsinə zirehli texnika toplandığı barədə məlumatları belə şərh edib. Nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı APA-ya açıqlamasında qeyd edib ki, zirehli texnikanın yerdəyişməsi planlı surətdə və istənilən istiqamətdə aparıla bilər. Sitat: “Biz bununla bağlı heç kimə hesabat verməli deyilik və verməyəcəyik”.
Qeyd edək ki, bu gün bəzi media orqanlarında Müdafiə Nazirliyin cəbhə bölgəsinə zirehli texnika toplaması barədə məlumatlar yayılıb.