Nobel prospektində iki maşın toqquşub, xəsarət alan var
Bakının Xətai rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Qəza zamanı “Hyundai” və “Wolsvagen” markalı avtomobillər toqquşub. Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırma nəticəsində məluma olub ki, qəzaya “Hyundai”in sürücüsü səbəb olub. O yüksək sürətlə qarşı yola çıxıb və “Wolsvagen”i vurub. Nəticədə “Wolsvagen”i idarə edən Rufulla Əzimov baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılıb və yaralıya müdaxilə olunub.
“Hyundai”in sürücüsü isə hadisə yerini tərk edib. Qəza zamanı prospektdə sıxlıq yaranıb. Avtomobillər evakutarorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb və yolda nəqliyyatın hərəkəti normala qayıdıb. Faktla bağlı araşdırma aparılır.