Şəhidin təltif edildiyi medal atasına verildi
Ermənilərlə döyüşdə şəhid olan Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə çağrılan əsgər Abdulov Hüseyn Etibar oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib. Fəxri medal şəhidin atasına təqdim edilib. Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən, "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər. Son günlər cəbhədə baş verən döyüşlər zamanı şəhid olan 12 hərbiçilərimiz "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.