Türkiyə səfirliyində prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb
Türkiyə səfirliyində prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatıb.
Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Bakıdakı səfirlikdə, Naxçıvan və Gəncədəki baş konsulluqlarda səs veriblər.
Rəsmi məlumata görə, 5611 seçicinin qeydiyyatda olduğu Bakıda 838, 403 seçicinin qeydiyyatda olduğu Gəncədə 56, 291 seçicinin qeydiyyatda olduğu Naxçıvanda isə 53 nəfər səs verib.
Bakıdakı 8 seçki qutularına atılan bülletenlər sayıldıqdan sonra möhürlənib və Türkiyənin Azərbaycandakı səfiri, eləcə də məntəqə seçki komissiyasının sədri İsmayıl Alpər Çoşquna təhvil verildikdən sonra xüsusi otağa yerləşdirilib. Bülletenlər diplomatik poçtla Türkiyəyə göndəriləcək.