Qaxda narkotik bitkilər əkən gürcü tutuldu
Qaxda narkotik tərkibli bitkiləri əkib-becərən milliyyətcə gürcü olan Qax rayon sakini saxlanılıb. APA TV-nin məlumata görə, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkib-becərən şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində rayonun Əlibəyli kənd yaxınlığında, meşə massivində kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən, ümumi çəkisi 2 kq 70 qr olmaqla 52 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar olunub. Çətənə kolları maddi sübut kimi ərazidən yığılaraq götürülüb.
Aparılan araşdırma zamanı məlum olub ki, narkotik tərkibli bitkini ərazidə rayonun Qaxingiloy kənd sakini, milliyətcə gürcü olan 27 yaşlı Nika Beroşvili əkib. Keçirilmiş tədbir nəticəsində Nika Beroşvili şübhəli şəxs qismində tutularaq polis şöbəsinə aparılıb. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.