Bakıda üç uçaq atası sərxoş vəziyyətdə evinə od vurdu

Sərxoş kişi 20 illik zəhməti ilə tikdiyi evi yandırmağa cəhd edib.Hadisə Bakının Səbail rayonunda, Arif İsmayılov küçəsində qeydə alınıb.Üç uşaq atası, 48 yaşlı Sədi Rəhimov evdə tək olarkən yaşadığı evi yandıraraq qaçıb. Alovu görən qonşular dərhal Fövqaladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə xəbər veriblər. Əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları qısa vaxt ərzində ümumi sahəsi 120 kvadrat metr olan evdə alovun qarşısını alıb. Ətraf tikililər də yanğından mühafizə olunub.

Evinin yanmasından xəbər tutan Sədinin həyat yoldaşı Adilə Rəhimova əraziyə gəlib və onun içki aludəçisi olduğunu deyib.

Adilə Rəhimova həyat yoldaşından boşanmaq üzrədir. Məhkəmə qərarı olmadan ər və arvad arasında ev mübahisəsi yaranıb. Sədi Rəhimovun anasının gəlini ilə mübahisəsi də bu ailədə münasibətlərin hansı səviyyədə olduğunu göstərir.

Qonşular da Sədi Rəhimovun həyat yoldaşını dəfələrlə döyərək təhqir etdiyini təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv