İŞİD Sincarı ələ keçirdi!
"İraq Şam İslam Dövləti" terror təşkilatı iki gün davam edən şiddətli döyüşlərdən sonra peşmərgələrin nəzarətində olan Mosulun Sincar qəsəbəsini ələ keçirib. İŞİD-in hökumət binalarından bayraqları endirdiyi, kürd peşmərgələrin kəndi tərk etdiyini bildirilir. Qeyd edək ki, Telaferdə İŞİD zülmündən qaçan türkmənlərin bir hissəsi Sincarda məskunlaşmışdı. Suriya sərhədindən 50 kilometr məsafədə yerləşən Sincar kəndi Mosul-Suriya yolu üçün strateji önəm kəsb edir. İŞİD döyüşçüləri tərəfindən ələ keçən digər bir kənd isə Mosul - Sincar arasındakı Zumar kəndidir.