Daha bir yaralı əsgərimiz şəhid oldu!
İyulun 31-dən avqustun 1-ə keçən gecə düşmənin hücumunu dəf edərkən yaralanan hərbçilərdən biri, 1996-cı il təvəllüdlü Anar Vidadi oğlu Qarazadə hərbi hospitalda dünyasını dəyişib.
Anar Qarazadə Biləsuvar rayonunda həqiqi hərbi xidmətə çağırılıb. Şəhid hərbiçi bu gün torpağa tapşırılacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunu xilas etmək mümkün olmayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!