Polis polkovnik-leytenantı yol qəzasında dünyasını dəyişib

Bakıda baş verən ağır yol qəzası zamanı Daxili İşlər Nazirliyinin əməkdaşı dünyasını dəyib. Pirallahı Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, hadisə avqustun 3-də Dübəndi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Fuad Ramiz oğlu Allahverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Bayram Ağayevin idarə etdiyi "Volkswagen” markalı maşınla toqquşub. Nəticədə Fuad Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Polisdən həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən Fuad Allahverdiyev Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin avtonəqliyyat şöbəsinin əməkdaşıdır. O polis polkovnik-leytenantı rütbəsi daşıyıb.

Faktla bağlı araşdırma aparılır.


 

Müəllif | Apa.Tv
Apa.tv