Tərtər rayon icra hakimiyyətinin başçısı: “Qapanlını bir ailə belə tərk etməyib”
Tərtərin Qapanlı kəndində rayon icra hakimiyyəti orqanlarının, hərbiçilərin və kənd sakinlərinin iştirakı ilə görüş keçirilib. APA TV-nin məlumatına görə, kəndin əsas meydanlarından birində reallaşan tədbirdə yerli camaat hərbiçilərə və yerli strukturlara təşəkkür ifadə edib. Son günlər sosial şəbəkələrdə, bəzi media orqanlarında, saytlarda Qapanlı kəndi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, kənddən sakinlərin çıxması ilə bağlı yayılan informasiyalar şayiədir.
"Bu gün Tərtər rayonunun təmas xəttinə yaxın olan kənd camaatı əkin-biçinlə, təsərrüfat işləri ilə məşğuldur. Həyat həmişə ki axarı ilə davam edir. Kənddən bir ailə də olsa, çıxmayıb. Biz daima rayon rəhbərliyi olaraq kənd əhalisi ilə bir yerdəyik".
Müstəqim Məmmədov bildirib ki, düşmənin çoxsaylı hücumları zamanı yerli sakinlər arasında xəsarət alan olsa da, həyatını itirən olmayıb. O, erməni ordusunun hücumunu dəf edərkən həlak olan hərbiçilərin ailələrinə Tərtər camaatı adından başsağlığı verib, yaralılara şəfa diləyib.