Ağdam istiqamətində atışmalar davam edir

Ermənistan ordusu Ağdam istiqamətində bir neçə kəndi şiddətli atəşə tutub. Gecə, təxminən saat 01.00 radələrindən başlayaraq Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Baş Qərvənd kəndindən Çıraqlı kəndini və Azərbaycan ordusunun üzbəüz mövqelərini, o cümlədən, işğal altında olan Şıxlar kəndindən Orta Qərvənd kəndini, həmçinin Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və iriçaplı silahlardan atəşə tutub. APA TV-nin bölgə müxbirinin verdiyi xəbərə görə, hazırda cəbhənin Ağdam istiqamətində atışmalar davam edir.

Düşmənə bütün hallarda tutarlı cavab verilir.
 

Müəllif | Apa.Tv