Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib
Ötən gün respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. İlk hadisə Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə yanğın olub. Nəticədə, evin 1-ci mərtəbəsinin 1 otağında rəf 2 kv.m sahədə yanıb. Ev yanğından mühafizə olunub.
Cəlilabad şəhərində isə ümumi sahəsi 380 kv.m olan cücə sexinin döşəməsinə səpilmiş taxta yonqarı 300 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Analoji hadisə Bərdə şəhərində də qeydə alınıb. Ümumi sahəsi 120 kv.m olan taxta sexində baş verən yanğın nəticəsində, sexin yanar konstruksiyaları, içərisində olan 2 ədəd dülgər dəzgahı, 6 kub.m taxta materialları və ona bitişik ümumi sahəsi 100 kv.m olan plastik qapı-pəncərə sexinin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yüksək temperaturdan sexin içərisinə yığılmış plastik qapı-pəncərə çərçivələri əriyib deformasiyaya uğrayıb. Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Bərdədə daha bir yanğın hadisəsi rayonun Zümürxan kəndində "MAZ" markalı yük avtomobilində qeydə alınıb. Nəticədə, avtomobilin kabinə hissəsi, banına yığılmış 8 ton ot bağlamasının 3 tonu və qoşqusuna yığılmış 7 ton ot bağlamasının 2 tonu yanıb. Yük avtomobilinin, ot bağlamasının qalan hissəsi və qoşqu yanğından mühafizə olunub. Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.