Qazaxda 10 otaqlı ev yandı

Qazaxda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA TV-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Hüseynbəyli kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 340 kvadratmetr olan ikimərtəbəli 10 otaqlı evdə baş verib.

Nəticədə evin 1-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 170 kvadratmetr, 2-ci mərtəbədə 2 otağın yanar konstruksiyaları 100 kvadratmetr və dam örtüyü 170 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
 

Müəllif | Apa.Tv
Apa.tv